Bolqarıstanda yaşayış binası partladı - Xəsarət alanlar var

Bolqarıstanda yaşayış binası partladı - Xəsarət alanlar var
11:36 13 Yanvar 2020
51 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bolqarıstanın Varna şəhərində yaşayış binasında partlayış baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində 11 nəfər, o cümlədən 4 uşaq xəsarət alıb.

Qeyd olunur ki, hadisəyə qaz balonunun partlaması səbəb olub. Partlayışdan sonra binada güclü yanğın başlayıb.

Mənzillərdən birinin divarlarının uçması nəticəsində daha bir qadın itkin düşmüş hesab olunur. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

İtkin düşən qadının axtarışları aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3176385.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR