Bakıda qaçırılan avtomobil tapıldı

Bakıda qaçırılan avtomobil tapıldı
10:22 19 Yanvar 2020
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Yanvarın 18-də Suraxanı Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşlarının çevikliyi nəticəsində Bülbülə qəsəbə sakini Rəşad Məmmədov tərəfindən qaçırılmış "69-BE-698" dövlət qeydiyyat nişanlı "VAZ-2106" markalı avtomobil müəyyən edilərək saxlanılıb.

DİN-dən Milli.Az-a verilən məlumata görə, "Qara Qarayev" metrostaniyası yaxınlığından qaçırılan nəqliyyat vasitəsi Suraxanı rayonunun Əmircan qəsəbəsində saxlanılıb və ərazi üzrə müvafiq polis bölməsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/819168.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR