"Milan"dan əzmkar qələbə

"Milan"dan əzmkar qələbə
19:32 19 Yanvar 2020
114 İdman
Ölkə mətbuatı
A- A+

İtaliya A Seriyasında 20-ci turun oyunları keçirilir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu gün "Milan" "San Siro"da "Udineze"ni qəbul edib. Qarşılıqlı qollar şəraitindən keçən görüş "qırmızı-qaralar"ın 3:2 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində Ante Rabiç 90+3-cü dəqiqədə qələbə qolunu vurub.
"Milan" - "Udineze" - 3:2
Qollar:
 Larsen, 6 (0:1), Rebiç, 48 (1:1), Hernandez, 72 (2:1), Lasanqna, 85 (2:2), Rebiç, 90+3 (3:2)

Bu qələbə ilə xallarını 28-ə çatdıran "Milan" 8-ci pilləyə yüksəlib. "Udineze" 24 xalla 14-cüdür. Turnir cədvəlinə 48 xalla "Yuventus" başçılıq edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/819264.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR