"Neftçi"də yeni məşqçi

"Neftçi"də yeni məşqçi
20:27 22 Yanvar 2020
162 İdman
Ölkə mətbuatı
A- A+

"Neftçi"nin məşqçilər korpusuna yeni təyinat olub.

Milli.Az klubun saytına istinadən xəbər verir ki, əsas komandanın fiziki hazırlıq üzrə məşqçisi vəzifəsini Mario Fernandes Kastelyano yerinə yetirəcək. 34 yaşlı ispaniyalı mütəxəssislə mövsümün sonunadək müqavilə bağlanıb.

Qeyd edək ki, 2013-2015-ci illərdə "Bakı" klubunda işləmiş Mario Fernandes Kastelyano Madrid "Atletiko"sunun futbol akademiyasında (U-10-U-17, 2005-2010) və "B" komandasında (2010-2012), eləcə də İspaniyanın "Xetafe" "B" (2015-2016) və Çinin "Dalian Yifanq" (2016-2018) klublarında çalışıb. UEFA-nın PRO kateqoriyasına malikdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/819876.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR