Cəlilabadda narkotacir ələ keçdi - FOTO

Cəlilabadda narkotacir ələ keçdi - FOTO
12:52 24 Yanvar 2020
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Göytəpə şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Qəfərov saxlanılıb.

Bildirilir ki, üzərinə keçirilən baxış zamanı ondan 2 bükümdə ümumi çəkisi 97,6 qram olan narkotik vasitə tiryək, 2 bükümdə çəkisi 7,2 qram heroin, 43 qram qurudulmuş marixuana, 49 ədəd metadon həbi aşkarlanaraq götürülüb.

Faktla bağlı Cəlilabad RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/820379.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR