Heydər Əliyev Mərkəzində "Bakı və Moskva onları sevir" fotosərgisi açılıb

Heydər Əliyev Mərkəzində "Bakı və Moskva onları sevir" fotosərgisi açılıb
20:08 24 Yanvar 2020
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Yanvarın 24-də Heydər Əliyev Mərkəzində "Bakı və Moskva onları sevir" adlı fotosərgi açılıb.

Trend-in məlumatına görə, sərgidə Rusiyanın TASS agentliyinin və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) fotomüxbirləri tərəfindən çəkilmiş 60-dan çox foto nümayiş etdirilir.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov və TASS informasiya agentliyinin baş direktoru Sergey Mixaylov sərginin açılışında çıxış ediblər. Qeyd olunub ki, sərgini cəsarətlə iki informasiya agentliyinin birgə yaradıcılıq işinin bəhrəsi adlandırmaq olar.

Açılışı bildirən rəmzi lent kəsildikdən sonra iştirakçılar sərgi ilə tanış olublar.

Sərgidə nümayiş olunan fotolarda ölkələrimizin liderləri, tanınmış siyasətçilər, ictimai xadimlər, elm adamları, aktyorlar, musiqiçilər və idmançılar əks olunub. Ekspozisiyada Azərbaycan xalqının ümummilli lideri, Rusiya-Azərbaycan münasibətlərini tamamilə yeni məzmunla zənginləşdirmiş Heydər Əliyevin, öz səyləri ilə ölkələrimiz arasında əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldən və gündən-günə möhkəmləndirən Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin fotoları var.

Bəstəkarlar Qara Qarayev və Fikrət Əmirov, SSRİ Xalq rəssamı Tahir Salahov, SSRİ Xalq artisti Müslüm Maqomayev, Xalq artisti Polad Bülbüloğlu, görkəmli neftçi Fərman Salmanov da bu fotoların qəhrəmanlarıdır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3182122.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR