Bakıya gözləyirdik, rayonlara yağdı... - Qardan FOTOlar

Bakıya gözləyirdik, rayonlara yağdı... - Qardan FOTOlar
13:37 25 Yanvar 2020
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu il qış bir qədər mülayim keçsə də, yanvarın 24-ü gecə saatlarından başlayaraq ölkə ərazisinə soyuq atmosfer cəbhəsinin yaxınlaşması nəticəsində hava şəraiti dəyişib.

Paytaxt ərazisində çoxdan gözlənilən qar dünən gecə saatlarında yağsa da, sulu və qısa müddətli olduğundan səhər qar örtüyü müşahidə olunmayıb.

Ancaq buna baxmayaraq regionlarda qar örtüyünün yarım metrə yüksəldiyi ərazilər var. Belə ki, son nəticələrə əsasən qar örtüyünün hündürlüyü Ağdərədə 22, Lerikdə, Qırızda 7, Xınalıqda 6, Şahbuzda 5, Kişçayda 4, Qusarda 3, Yardımlı, Altıağac, Naxçıvanda 2, Xaltan, Qubada 1 sm olub.

Milli.Az qafqazinfo-ya istinadən ağ örtüyə bürünmüş bir neçə regionumuzda çəkilmiş maraqlı fotoları təqdim edir:

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/820673.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR