"Milan"da ağır itkilər

"Milan"da ağır itkilər
16:42 2 Fevral 2020
152 İdman
Ölkə mətbuatı
A- A+

"Milan" İtaliya A Seriyasının 22-ci turunda bu gün Hellas Verona ilə qarşılaşacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "qırmızı-qaralar" sözügedən qarşılaşmada Simon Kyaer və Zlatan İbrahimoviçin köməyindən istifadə edə bilməyəcək.

Bu barədə "Milan"ın baş məşqçisi Stefano Pioli klubun saytına açıqlamasında deyib. O, hər iki futbolçunun xəstələndiyini və bu səbəbdən də bu gün meydanda olmayacaqlarını bildirib.

Qeyd edək ki, "Milan" - "Hellas Verona" matçı saat 18:00-da start götürəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/822641.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR