Türk futbolçu “Tottenhem” və “Milan”ın radarında

Türk futbolçu “Tottenhem” və “Milan”ın radarında
15:23 7 Fevral 2020
234 İdman
Ölkə mətbuatı
A- A+

İtaliyanın “Roma” klubunda çıxış edən Türkiyə millisinin üzvü Cengiz Ünder transfer bazarında aktivlik yaratmağa davam edir.

Publika.az xəbər verir ki, türk hücumçunu transfer etmək üçün İngiltərənin “Tottenhem” və İtaliyanın “Milan” klubu hərəkətə keçib.

“Tottenhem”in baş məşqçisi Joze Mourinyo Cengizi heyətində görmək istədiyini bildirib.

“Milan” isə İspaniyanın “Sevilya” klubuna icarəyə verdiyi Susonun əvəzinə türkiyəli hücumçunu transfer etmək istəyir.

Qeyd edək ki, bu mövsüm 17 matçda çıxış edən Cengiz Ünder cəmi 2 qol vura bilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/304224.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR