"Oğullarından forma aldım, indi nəvələrini gözləyirəm" - Buffon

"Oğullarından forma aldım, indi nəvələrini gözləyirəm" - Buffon
15:47 14 Fevral 2020
203 İdman
Ölkə mətbuatı
A- A+

"Yuventus"un qapıçısı Canluicci Buffon İtaliya kubokunun yarımfinalında "Milan"la oyundan sonra (1:1) maraqlı açıqlama verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 42 yaşlı qolkiper "Milan"ın əfsanəvi futbolçusu Paulo Maldininin oğlu Daniel Maldini ilə forma dəyişdirməsi haqda deyib: "Kolleksiyamda Kyeza, Türam və Veanın həm özlərinin, həm də oğullarının formaları var idi. İndi isə Maldininin oğlundan forma aldım. Artıq onların nəvələrini gözləyirəm".

Qeyd edək ki, 2001-ci ildən "Yuventus"da çıxış edən Buffon 2018-2019 mövsümündə PSJ-də oynayıb, ötən il isə yenidən Turin klubuna qayıdıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/825924.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR