Bakıda zəncirvarı yol qəzası baş verib, xəsarət alan var - FOTO

Bakıda zəncirvarı yol qəzası baş verib, xəsarət alan var - FOTO
08:57 15 Fevral 2020
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Nizami rayonunda 4 avtomobil toqquşub, 1 nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Qara Qarayev prospektində baş verib.

"Renault" markalı nəqliyyat vasitəsinin qarşısına qəfil piyada çıxıb. Bu zaman ard-arda iki "Opel" və "Mitsubishi" markalı avtomobillər bir-birinə çırpılıb. Qəza zamanı "Opel Astra" markalı avtomobildə olan 1996-cı il təvəllüdlü Abbasov Nicat Telman oğlu xəsarət alıb. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/826080.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR