“Burada vuracağım hər qolu ona həsr edəcəyəm"

“Burada vuracağım hər qolu ona həsr edəcəyəm"
16:57 17 Fevral 2020
214 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted"in yeni transferi Odion İqalo keçidi ilə bağlı açıqlama verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 30 yaşlı hücumçu "qırmızı şeytanlar"a bacısına görə transfer olunduğunu bildirib:

"Bacım "Mançester Yunayted"in azarkeşi idi. Hamımız bu klubun oyunlarınızı izləyərək böyümüşük və onları dəstəkləmişik.

Marinin həyat yoldaşı "Çelsi" azarkeşi idi, övladları isə "Liverpul" və "Mançester Siti"ni dəstəkləyirdi. Amma Mari həmişə "Mançester Yunayted"ə sadiq qaldı. O, hər zaman bu komandada oynamağımı istəyirdi.

"Uotford"dan ayrılanda, sevdiyi klubun məni transfer edəcəyinə ümid edirdi. Bacımın bu arzusunu o, dünyadan köçdükdən sonra gerçəkləşdirmək mənim üçün ağırdır. Burda vuracağım hər qolu ona həsr edəcəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/826534.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR