Bu gün sərnişinlər metroya pul ödəmədən düşdülər - SƏBƏB

Bu gün sərnişinlər metroya pul ödəmədən düşdülər - SƏBƏB
10:47 20 Fevral 2020
82 Ölkə
Ölkə mətbuatı
A- A+

BakıKart aparatlarında problem yaşandığı üçün sərnişinlər "Neftçilər" və "Qara Qarayev" metro stansiyalarında turniketlərdən ödənişsiz olaraq keçiriliblər.

Milli.Az xəbər verir ki, Metropolitenin sözçüsü Bəxtiyar Məmmədov qafqazinfo-ya bildirib ki, problem qısamüddətli olub və sərnişinlərin hərəkəti təmin olunub: "BakıKart aparatlarında qısamüddətli problem yaranmışdı. Problem aradan qaldırılana kimi sərnişinlər ödənişsiz olaraq stansiyalara buraxılıb. Burada əsas məsələ sərnişinlərin rahat hərəkətini təmin etməkdir ki, onun üçün də hər şey edilib".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/827363.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR