Derbi öncəsi “Beşiktaş”da ciddi itki

Derbi öncəsi “Beşiktaş”da ciddi itki
11:37 20 Fevral 2020
240 İdman
Ölkə mətbuatı
A- A+

"Beşiktaş" Türkiyə Super Liqasının 23-cü turu çərçivəsində "Trabzonspor"la qarşılaşacaq.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi bu qarşılaşmaya ciddi itki ilə çıxacaq.

Belə ki, komandanın aparıcı yarımmüdafiəçisi Adem Lyayiç sıradan çıxıb. 28 yaşlı serbiyalı futbolçu xəstəlikdən əziyyət çəkir. O, yüksək temperatur səbəbindən son məşqlərə də qatılmayıb.

"Beşiktaş"da Dorukhan Toköz də uzun müddətdi zədə səbəbindən komandaya kömək etmir.

Qeyd edək ki, "Beşiktaş" - "Trabzonspor" matçı fevralın 22-də keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/827353.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR