Bakıda qiyməti milyonlarla manata olan torpaq sahələri satılır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı əmlak alqı-satqı saytlarında elanlar yerləşdirilib.

Apardığımız araşdırma zamanı məlum olub ki, paytaxtda ən baha torpaq sahəsi Nəsimi rayonunda yerləşir. 130 sot sahəsi olan əmlak 22,1 milyon manata satılır.

Bakıda milyonlarla manata torpaq satılır - SİYAHI - FOTO

Nizami rayonu "Qara Qarayev" metro stansiyası yaxınlığında yerləşən 400 sot torpaq sahəsi isə 16 milyon manata təklif olunur.

Bakıda milyonlarla manata torpaq satılır - SİYAHI - FOTO

Ümumi sahəsi 100 sot olan və Tbilisi prospektində yerləşən torpaq 15 milyon manata satışa çıxarılıb.

Bakıda milyonlarla manata torpaq satılır - SİYAHI - FOTO

Bakıxanov qəsəbəsində yerləşən 25 sot torpaq sahəsi 14 milyon manata satılır. Bu əmlakın dəyərini bahalaşdıran isə həmin torpaqda tikilən 11 obyektdir.

Bakıda milyonlarla manata torpaq satılır - SİYAHI - FOTO

Yasamal rayonu, Mətbuat prospektində 12 milyon manata torpaq sahəsi satılır. Əmlakın ümumi sahəsi 110 sotdur.

Bakıda milyonlarla manata torpaq satılır - SİYAHI - FOTO

Milli.Az