İtaliya A Seriyasında daha bir oyun təxirə salındı - Koronavirusa görə

İtaliya A Seriyasında daha bir oyun təxirə salındı  - Koronavirusa görə
12:12 2 Mart 2020
130 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə İtaliya A Seriyasının 26-cı turunun daha bir görüşü təxirə salınıb.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, bu gün keçirilməli olan "Sampdoriya" - "Verona" matçı təxirə salınıb. Bu barədə A Seriyasının rəsmi saytı məlumat yayıb. Görüş, koronavirus epidemiyasına görə təxirə salınıb. "Sampdoriya" - "Verona" matçı mayın 13-də keçiriləcək.

A Seriyasının 26-cı turunun "Yuventus" - "İnter", "Udineze" - "Fiorentina", "Milan" - "Cenoa", "Parma" - SPAL və "Sassuolo" - "Breşiya"matçları da koronavrius epidemiyasına görə təxirə salınıb.

Qarşılaşmaların mayın 13-də keçirilməsi nəzərdə tutulur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/830312.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR