Bakı şəhəri, Səbail rayonunda "Baku Oil Services" (BOS) məxsus ümumi sahəsi 500 m2 olan ikimərtəbəli inzibati binanın yanar konstruksiyaları 120 m2 sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az