Azərbaycanda təhsil müəssisəsində koronavirusa yoluxma faktı aşkarlanıb? -

İndiyədək Azərbaycanda heç bir təhsil müəssisəsində koronavirusa yoluxma faktı aşkarlanmayıb.

Metbuat.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında koronavirusla əlqədar yaradılan operativ qərargahın üzvü, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin şöbə müdiri Yaqut Qarayeva deyib.

Y.Qarayeva məktəblərdə tədris prosesinin dayandırılmasını vaxtında verilmiş qərar hesab edib:

“Məktəblərdə dərslərin dayandırılması o demək deyil ki, biz ölkədə koronavirusla bağlı riskləri yüksək qiymətləndiririk. Biz bu hadisələrin qarşısını əvvəlcədən almalıyıq. Hazırkı şəraitdə məktəblərdə dərslərin dayandırılması çox düzgün seçilmiş tədbirdir”.

Y.Qarayeva qeyd edib ki, indiyədək dünyada koronavirusa yoluxan 10 yaşadək uşaqlar arasında ölüm halı baş verməyib.

Onun sözlərinə görə, uşaqlar arasında yoluxma halı olsa da, ağır fəsadlar müşahidə edilmir.

Y.Qarayeva hazırda Azərbaycanda koronavirusa yoluxmuş üç nəfərin olduğunu da xatırladıb:

“Onlar hazırda həkim müşahidə altındadırlar və heç birində ağırlaşma qeydə alınmayıb. Həmin şəxslərin vəziyyəti stabildir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)