“Ankaragücü” “Beşiktaş”a məğlub oldu

“Ankaragücü” “Beşiktaş”a məğlub oldu
07:27 7 Mart 2020
142 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə Superliqasının XXV turunun birinci qarşılaşması martın 6-da "Beşiktaş" "Ankaragücü"nün oyunu ilə başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, matç "Vodafon Park" arenada keçirilib və "Beşiktaş"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı matçın 6-cı dəqiqəsində "Beşiktaş"ın hücumçusu Burak Yılmaz açıb, 88-ci dəqiqədə isə yarımmüdafiəçi Adəm Lyayiç hesabı artırıb. Oyunun son dəqiqələrində "Ankaragücü"nün hücumçusu İlhan Parlak qollardan birinin əvəzini çıxa bilib.

Turda "Yeni Malatyaspor"-"Konyaspor", "Qaziantep"-"Trabzonspor", "Göztəpə"-"Başakşəhər", "Fənərbağça"-"Dənizlispor", "Kasımpaşa"-" Kayserispor", "Rizəspor"-"Alanyaspor", "Sivasspor"-Qalatasaray" və "Gənclərbirliyi"-"Antalyaspor" matçları keçiriləcək.

"Başakşəhər" klubu hazırda Türkiyə çempionatının turnir cədvəlində 49 xalla liderdir. "Trabzonspor", "Qalatasaray" və "Sivasspor" klubları 48 xalla iki, üç və dördüncü pillələrdə qərarlaşıblar. Sonrakı yerlərdə "Beşiktaş" (43 xal), "Alanyaspor" (39 xal), "Fənərbağça" (39 xal) və digər komandalar gəlir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/831781.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR