Elza Seyidcahan Rafael Dadaşovun dəfninə niyə TACLA GETDİ? - AÇIQLAMA

Elza Seyidcahan Rafael Dadaşovun dəfninə niyə TACLA GETDİ? - AÇIQLAMA
13:13 18 Mart 2020
Ölkə mətbuatı
A- A+

“Əvvəla çəkilişə getmişdim. Getməsəm də, Elza Seyidcahan hara və necə getməlidir çox yaxşı bilir. O çılpaq, oralarını-buralarını kəsdirənlər, dolduranlar öz dərdlərini çəksinlər. Yas mərasiminə tacla getmək olar. “Getmək olmaz” deyənlər kübar deyil. Zadəganlıqdan, Avropa mədəniyyətindən xəbəri olmayanlar irad bildiriblər. Lap elə Avropa mədəniyyəti olmasın, tarixdə xanımlarımız, mollalarımız daş-qaş içində par-par bərq vurublar”.

Publika.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan dünən Xalq artisti Rafael Dadaşovun dəfninə tacla getməsinə münasibət bildirərkən deyib. Dəfnə tacla getdiyi üçün sosial şəbəkələrdə təndiq edilən ulduz bu barədə instaqramda açıqlama yayıb:

“Qırmızı geyinmə, qara geyin, amma başına tac qoy. Orada kimsə papaq qoymuşdu, kimsə çalma, broş taxmışdı. Mən də başıma tac qoymuşam, qaşları da qaradır. Bəli, çəkilişə gedirdim. Qırmızı qaşlı, yaxud qızılı olsaydı, çıxarardım.

Elza Seyidcahanın gətirdiyi obrazları, stilləri, imicləri, tərzləri, yenilikləri indi o boyda Ledi Qaqalar təkrarlayıb milyonlar qazanır. Elzanın hansı addımı yazılmayıb ki? Qoyun, yazsınlar. Bu gün də tacımdan yazsınlar. Sənətim, geyimim, şeirim bir yana... Amma istəyirəm onlara deyim ki, bilin və agah olun: Siz səhvsiniz, Elza Seyidcahan həmişəki kimi yenə düzdür!”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/308149.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR