İtaliyada COVİD-19 koronavirusuna yoluxanlar arasında ölüm halları statistikası 8,3 faizə çatıb.
Milli.Az ANSA-ya istinadən bildirir ki, İtaliyanın Mülki Müdafiə Xidmətinin rəhbəri Ancelo Borrelli ölkədə koronavirusdan 2978 nəfərin vəfat etdiyini deyib.
Son sutka ərzində koronavirusdan 475 ölüm faktı qeydə alınıb. 4025 nəfərsə COVİD-19 virusundan sağalıb.
İtaliyada koronavirusa yoluxanların sayının yüz minlərlə insana çatacağı istisna olunmur.
Bu arada Milandakı hospitallardan birinin reanimasiya bölməsində korovirusa yoluxanların müalicə olunduqları palatalarda çəkilmiş video sosial şəbəkələrdə yayılıb.
Milli.Az