Təhsil Nazirliyi MƏLUMAT YAYDI -

Martın 24-də “Dərs vaxtı” proqramı çərçivəsində həm Azərbaycan, həm də rus bölməsi üzrə teledərslərin yayımına yenidən start veriləcək.

Metbuat.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

“Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin martın 24-ü üçün nəzərdə tutulan cədvəlini təqdim edirik.

Azərbaycan bölməsi üçün saat 10:00 – Fiziki tərbiyə, 10:20 XI sinif – Kimya, Azərbaycan tarixi, Fizika, Coğrafiya; 11:05 IX sinif – Coğrafiya, Fizika, İngilis dili, Azərbaycan tarixi; 11:50 VIII sinif – Azərbaycan dili, Riyaziyyat, Kimya, Biologiya; 12:30 VII sinif - Azərbaycan tarixi, Riyaziyyat, Coğrafiya, Xarici dil; 13:05 II sinif - Azərbaycan dili, Riyaziyyat, Təsviri İncəsənət, 13:40 I sinif - Azərbaycan dili, Riyaziyyat, Xarici dil dərsləri olacaq.

Rus bölməsi üçün 14:30 X sinif – Riyaziyyat, Kimya, Coğrafiya; 15:10 XI sinif – Rus dili, Fizika, Biologiya dərsləri olacaq.

Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir.

Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.

“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (//www.youtube.com/playlist…) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda da Təhsil Nazirliyinin videodərslər portalından (//video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)