"Atalanta" Paşaliçə görə "Çelsi"yə 15 milyon avro ödəyəcək

"Atalanta" Paşaliçə görə "Çelsi"yə 15 milyon avro ödəyəcək
08:32 6 Aprel 2020
212 İdman
Ölkə mətbuatı
A- A+

İtaliyanın "Atalanta" futbol klubu İngiltərənin "Çelsi" klubunun yarımmüdafiəçisi Mario Paşaliçi almaq niyyətindədir.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, xorvat futbolçusunun transferi 15 milyon avroya başa gələcək.

Son mövsüm ərzində M.Paşaliç icarə hüquqlarında "Atalanta" klubunun oyunçusu olub. Futbolçu klub uğrunda 32 matçda iştirak edərək 7 qol vurub və 7 qolla nəticələnən ötürmə edib. Çempionlar liqasında "Atalanta" 1/4 finala yüksəlib, lakin koronavirus pandemiyası ilə əlaqədar oyunlar dayandırılıb.

M.Paşaliç "Çelsi" klubuna Xorvatiyanın "Xayduk"undan keçib. Futbolçu bu müddətdə icarə hüquqlarında İspaniyanın "Elçe", "Monako", İtaliyanın "Milan" və Rusiyanın "Spartak" klublarında oyunlar keçirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/839370.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR