Cəlilabadda avtomobil ağaca çırpılıb, sürücü ölüb

Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 8-də saat 2 radələrində Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində Bakı şəhər sakini Vüqar Tağıyev idarə etdiyi “Peugeot” markalı avtomobili yolun kənarındakı ağaca vurub və aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR