“Atletiko”nun sabiq futbolçusu koronovirusdan ölüb

“Atletiko”nun sabiq futbolçusu koronovirusdan ölüb
09:12 9 Aprel 2020
206 İdman
Ölkə mətbuatı
A- A+

İspaniyanın "Atletiko" klubunun sabiq futbolçusu Migel Cons koronovirusdan ölüb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Madrid təmsilçisinin sabiq yarımmüdafiəçisi 82 yaşında dünyasını dəyişib.

Xərçəng xəstəliyindən əziyyət çəkən sabiq futbol veteranı koronavirusa da yoluxub. Məhz bu virus onun sağlamlıq durumunu daha da ağırlaşdırıb.

Qeyd edək ki, Ekvatorial Qvineyadan olan futbolçu "Atletiko"da bir dəfə İspaniya çempionu (1966), üç dəfə ölkə kubokunun qalibi (1960, 1961, 1965) adını qazanıb, həmçinin 1962-ci ildə Kuboklar kubokuna yiyələnib. Cons karyerası ərzində "İndauçu", "Barakaldo" və "Osasuna"da da çıxış edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/840329.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR