Elman Rüstəmovun əleyhinə səs verən deputat kimdir?

Elman Rüstəmovun İdarə Heyətinin üzvü təyin edilməsi haqqında məsələnin əleyhinə səs verən deputat bəlli olub.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev bildirib.

O, Elman Rüstəmovun əleyhinə səs verməsinin səbəbini açıqlayıb:

"Çünki cənab Elman Rüstəmov elə başa düşür ki, Mərkəzi Bankın yeganə vəzifəsi manatın kursunun sabit saxlanılmasıdır. Halbuki başqa problemlər də var”, - deyə Q.Həsənquliyev əlavə edib.

Bildirək ki, E.Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin edilməsi barədə məsələyə deputatlardan 91 nəfər lehinə, bir nəfər isə əleyhinə səs verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR