"Barselona" və "Liverpul" onun uğrunda mübarizə aparır

"Barselona" və "Liverpul" onun uğrunda mübarizə aparır
12:05 11 Aprel 2020
224 İdman
Ölkə mətbuatı
A- A+

"Sevilya"nın müdafiəçisi Dieqo Karlos növbəti mövsüm iş yerini dəyişə bilər.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, "Barselona" Karlosla yaxından maraqlanır. "Sevilya" 27 yaşlı futbolçunu 75 milyon avrodan aşağı qiymətə satmaq istəmir. "Blauqrana" bu məbləği ödəmək niyyətində olmadığından, İvan Rakitiçdən "barter" variantı kimi istifadə etmək fikrinə düşüb.

"Barsa" ilə yanaşı, "Liverpul" da Karlosu heyətinə qatmağa çalışır. Baş məşqçi Yürqen Klopp braziliyalı oyunçunu Vircil van Deyk ideal partnyoru hesab edir.

Dieqo Karlos cari mövsümdə La Liqada 25 matçda meydana çıxıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/840967.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR