“Dərs vaxtı”nın sabaha olan cədvəli açıqlandı

Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” verilişinin aprelin 15-i üçün nəzərdə tutulan cədvəli açıqlanıb.

Metbuat.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, Azərbaycan bölməsi üçün sabah saat 10:00-da – Fiziki tərbiyə; 10:15-də XI sinif – Biologiya, Kimya, İngilis dili, Ümumi tarix, Coğrafiya; 11:05-də X sinif – Biologiya, Kimya, İngilis dili, Coğrafiya; 11:55-də IX sinif - Biologiya, Kimya, İngilis dili, Coğrafiya; 12:40-da V sinif - İngilis dili, Riyaziyyat, Azərbaycan dili, Təsviri incəsənət; 13:20-də II sinif – Azərbaycan dili, Riyaziyyat, Musiqi; 13:45-də I sinif şagirdlərinə Azərbaycan dili, Riyaziyyat, Musiqi dərsləri olacaq.

Rus bölməsi üçün sabah saat 14:05-də II sinif – Rus dili, Riyaziyyat, Həyat bilgisi; 14:30-da VIII sinif - Rus dili, Riyaziyyat, Fizika; 15:20-də X sinif – Rus dili, Biologiya, Fizika; 15:50-də XI sinif şagirdlərinə Kimya, Biologiya, Coğrafiya dərsləri olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)