Atasının dəfninə gedən qız təcavüzə uğradı - FOTO

Atasının dəfninə gedən qız təcavüzə uğradı - FOTO
03:05 22 Aprel 2020
375 Dünya
Ölkə mətbuatı
A- A+

Atasının ölüm xəbəri ilə sarsılan gənc qız onun məzarını ziyarət etmək üçün yola çıxdığı gün təcavüzə uğrayıb.

Milli.Az xəbər verir ki, Naomi Woodyatt adlı qadın təcavüzə uğramasını İrlandiyada yayımlanan radio verlişlərinin birində etiraf edib. O 2019-cu ilin sonlarına yaxın atasının vəfat etdiyini öyrənib. Buna görə də Naomi doğulub böyüdüyü vətəni Kanadaya gedib atasının dəfnində iştirak etməli idi. Pasportunda problem yarandığı üçün əvvəlcə İrlandiyanın paytaxtı Dublində bir oteldə gecələməli olub. Gənc qadın oteldə olan zaman çox kədərli olduğunu və elə bu anda onunla tanış olan bir kişi haqqında danışıb. Dediyinə görə həmin kişi özünü mühəndis kimi təqdim edib və o da ABŞ-a getməyə hazırlaşırmış. Kişi onunla söhbət edərkən hər ikisi üçün spirtli içki sifariş verib. Gənc qadının dediklərinə görə səhər gözlərini açanda oteldə öz otağında olduğunu və həmin kişinin də paltarını geyinərək otaqdan çıxdığının şahidi olub. O anlayıb ki, gecə içkisinə dərman qatılıb və o təcavüzə uğrayıb. Dəyərli əşyalarının da oğurlandığının fərqinə varan Naomi atasının cənaza mərasiminə qatıldıqdan sonra polisə müraciət edib. (ölkə.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/843986.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR