.

Bu şəxslər qəbul imtahanına buraxılmayacaqlar - VİDEO

Abituriyent imtahana gələndə bəyannamə imzalayıb gətirməlidir. Baku.Tv xəbər verir ki, bəyannamədə qeyd edilməlidir ki, onun ailəsində COVID-19 yoxdur və koronavirusa yoluxan şəxslərlə əlaqədə olmayıb. Abituriyent bəyannaməni girişdə nəzarətçilərə təhvil verilməlidir, əks təqdirdə imtahana buraxılmayacaq. “Bəs imtahanlar nə zaman olacaq ?” soruşanlara isə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyir ki, hələlik ali məktəblərə və kolleclərə qəbul imtahanları elan olunmayıb. Çünki bu ayın 5-nə qədər sənəd qəbulu davam edəcək.

Metbuat.az xəbər verir ki, “Bu günə olan statistikaya görə 75 692 nəfər sənəd verib. Onlardan 12 853-ü əvvəlki illərin məzunlarıdır. Əvvəlki illərin məzunları ilə əlaqəli hələ ki cədvəl tutulmayıb. Ola bilsin rəqəmlərdə müəyyən dəyişikliklər olsun”. – deyə Məleykə Abbaszadə qeyd edir.

Əgər əvvəlki illərdə abituriyent imtahan vermək üçün öz rayonundan digər bir rayona yaxud şəhərə gedirdisə, bu il artıq hər bir məzun təhsil aldığı məktəbin yerləşdiyi rayon, şəhərdə imtahan verəcək.

“Hər həftəsonu ən azı dörd növ imtahan keçiriləcək. 15 minə yaxın nəzarətçi-müəllim bizimlə birgə çalışacaq. Hər zalda 15 abituriyent otura biləcək. Ali məktəblərə və kolleclərə qəbul imtahanları elan edilməyib. İyun ayının 5-dək sənəd qəbulu davam edəcək. Hazırkı statistikaya əsasən, 75 692 nəfər sənəd verib. Onların 12 853-ü əvvəlki illərin məzunudur” - Məleykə Abbaszadə DİM sədri

Son 15 gündə ailə üzvlərində koronavirus aşkarlanan şəxslər buraxılış və qəbul imtahanlarında iştirak edə bilməyəcək. Dəyişiklərdən biri də ondan ibarətdir ki, ötən il IX və XI sinif buraxılış imtahanlarında 24 açıq sual idi, bu il isə açıq sualların sayı 12-yə endirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR