Aygün Səmədzadənin qızının xınası oldu (FOTO)

Aygün Səmədzadənin qızının xınası oldu (FOTO)
04:26 18 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Milli Məclisinin deputatı, professor Ziyad Səmədzadənin nəvəsinin xeyir işi olub.

ANS PRESS-in məlumatına görə, dünən deputatın qızı - tanınmış bəstəkar Aygün Səmədzadənin qızı Ülkər Bağırlının xınayaxdı mərasimi keçirilib.

Bakının gözəl məkanlarından birində təşkil edilən mərasimdə ailə yaxınları və eləcə də müğənni Aygün Bəylər, Rəşad İlyasov, Lalə Məmmədova, Vüsal Hacıyev, Səbinə Ərəbli, Aytac Bərdəli və muğam ifaçısı Kamilə Nəbiyeva iştirak edib.

Qeyd edək ki, Ülkər Bağırlı sevib-seçdiyi gənclə ötən ilin aprel ayında nişanlanmışdı.


















RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR