Azərbaycanda buraxılış və qəbul imtahanları ilə bağlı Məleykə Abbaszadədən

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə onlayn brifinq keçirir.

Metbuat.az xəbər verir ki, DİM sədri canlı yayımda jurnalistlərin suallarını cavablandırır.

"Operativ Qərargahdan imtahan keçirmək üçün icazə almışıq. Hazırda bu imtahanları 60 min insan gözləyir".

Bunu onlayn mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, bu imtahanlar 24-25 iyulda və 2-3 iyulda təxirə salınan kontingentə və sərt karantin tətbiq olunan bölgələrə aiddir.

M. Abbaszadə deyib ki, bir ay ərzində - iyunun 10-dan iyulun 10-na qədər 143 min insan buraxılış və qəbul imtahanlarında iştirak edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)