İyulun 23-24-də 30 minə yaxın şagird üçün buraxılış imtahanları keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən 23-24 iyul 2020-ci il tarixlərində növbəti buraxılış (qəbul) imtahanları keçiriləcək.

DİM-dən Metbuat.az-a verilən məlumata görə, imtahanlar respublikanın 24 şəhər və rayonunda təşkil olunacaq. İmtahanlar saat 11:00-da başlanır.

İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)