“Arsenal” 14-cü dəfə İngiltərə kubokunu qazandı

Futbol üzrə İngiltərə kubokunun final görüşü keçirilib.

Metbuat.az xəbər verir ki, “Uembli” stadionunda təşkil olunan final matçında Londonun “Arsenal” və “Çelsi” komandaları üz-üzə gəliblər.

Gərgin idman mübarizəsi şəraitində keçən görüş “Arsenal”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbə sayəsində “Arsenal” tarixində 14-cü dəfə İngiltərə kubokunun sahibi olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR