Finalın hakimləri açıqlandı

Avropa Liqasının finalını idarə edəcək hakim təyinatları açıqlanıb.

Metbuat.az-ın məlumatına görə, “Sevilya” - “İnter” qarşılaşmasını niderlandlı hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Denni Makkeli olacaq. Ona bu işdə həmyerliləri Mario Diks və Hessel Steeqstra köməklik edəcək. Dördüncü hakim fünksiyasını isə yunanıstanlı referi Anastasios Sidiropoulos yerinə yetirəcək.

Qeyd edək ki, 21 avqustda keçiriləcək “Sevilya” - “İnter” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR