Beşbarmaq dağında köməksiz qalan şəxs xilas olunub

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Siyəzən rayonu, Zarat qəsəbəsi ərazisində yerləşən Beşbarmaq dağında köməksiz vəziyyətdə qalan bir nəfərin xilas olunması üçün müraciət daxil olub.

Metbuat.az FHN-nin saytına istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub.

Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində vətəndaş dağdan düşürülüb və halsız vəziyyətdə olduğu üçün Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkim briqadasına təhvil verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR