Siyəzəndə iki yük maşını toqquşdu -

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Siyəzən rayonunun Beşdam kəndi ərazisində “HOWO” və “Mercedes” markalı iki yük avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Metbuat.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadə xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan “Mercedes” markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR