Bakı şəhərinin Səbail rayonunda yanğın olub.

Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, dördmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 272 m² olan mənzilin yanar konstruksiyaları 23 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.