x
Loading...
.

Çempionlar Liqasının son yarımfinalçısı bu gün BƏLLİ OLACAQ

.

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında sonuncu yarımfinalçılar bəlli olacaq.

Metbuat.az xəbər verir ki, 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində daha iki görüş baş tutacaq.

“Liverpul səfərdə 1:3 hesabıyla uduzduğu “Real”ı bu dəfə doğma meydanda qəbul edəcək. İngiltərə çempionu mərhələ adlamaq üçün rəqibi üzərində inamlı qələbə qazanmağa borcludur.

Dortmund “Borussiya”sı da Almaniyada “Mançester Siti” ilə üz-üzə gələcək. İngiltərə Premyer Liqasının liderinə bu görüşdə mərhələ adlamaq üçün heç-heçə də bəs edəcək.

Xatırladaq ki, ilk oyun günündən sonra PSJ (Fransa) və “Çelsi” (İngiltərə) yarımfinala vəsiqəni təmin edib.

UEFA Çempionlar Liqası

1/4 finalın cavab oyunları

14 aprel

23:00. “Liverpul” (İngiltərə) – “Real” (İspaniya) (1:3)

23:00. “Borussiya” (Dortmund, Almanya) – “Mançester Siti” (İngiltərə) (1:2).


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR