x
Loading...
.

Əməkdar artistin anası KOMAYA DÜŞDÜ - FOTO

.

Əməkdar artist Nigar Şabanovanın ailə üzvlərində “COVID-19” aşkarlanıb.

Metbuat.az xəbər verir ki, muğam ifaçısı sosial şəbəkədə hər iki valideyninin koronavirusa yoluxduğunu açıqlayıb.

Sənətçinin atasının vəziyyəti yaxşılaşsa da, anasının səhhəti daha da ağırlaşıb. Belə ki, o, insult keçirərək komaya düşüb.

N. Şabanova instaqramda post paylaşaraq ötən gün anasının gözünü açdığını, lakin yenidən eyni vəziyyətə qayıtdığını qeyd edib.

Sənətçinin anası hazırda FHN-in Tibb Mərkəzinin modul tipli hospitalında müalicə alır. (Qafqazinfo.az)




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR