Azərbaycan tibb elminə ağır itki:

Azərbaycan Tibb Universitetini Tədris Terapevtik Klinikasının Efferent terapiya Mərkəzinin rəhbəri, Səhiyyə Nazirliyinin keçmiş baş nefroloqu, tibb elmlər doktoru, professor Mehman Ağayev vəfat edib.

Metbuat.az "Report"a istinadən xəbər verir ki, COVID-19-a yoluxan alim bu gün 74 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Mehman Ağayev 31 avqust 1946-cı ildə Masallı rayonunun Mahmudavar kəndində anadan olub. 1962-ci ildə orta məktəbi qızıl medalla bitirib. 1968-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsini bitirib.1971-ci ildən Respublika Klinik Uroloji Xəstəxanasında həkim-nefroloq kimi işləyib. 1976-cı ildə Respublika Klinik Uroloji Xəstəxanasında “Böyrəkköçürmə və hemodializ şöbəsi”nin müdiri təyin

1990-cı ildə Azərbaycan Tibb Universitetinin I Daxili xəstəliklərin propedevtikası kafedrasının professoru seçilib və ömrünün sonuna qədər həmin vəzifədə çalışı. 2010-cu ildə Azərbaycanın “Əməkdar Həkimi” fəxri adına layiq görülüb. Həmin il ATU-nun Tədris Terapevtik Klinikasının Efferent Terapiya Mərkəzinin müdiri təyin olunub.

262-dən artıq elmi əsərin, o cümlədən 12 monoqrafiyanin, 2 elmi-tədris filmin, 1 ixtiranın müəllifidir.

2011-ci ildə Səhiyyə Nazirliyinin baş nefroloqu seçilib.

Allah rəhmət eləsin!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR