DİM məlumat yaydı -

Ali təhsil müəssisələrinin Bakıda fəaliyyət göstərən dizayn (14), dekorativ sənət (15), məşqçilik (61), fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı müəllimliyi (62) komissiyaları üzrə qeydiyyatdan keçmiş abituriyentlər öz səhifələrinə daxil olub qabiliyyət imtahanına buraxılış vərəqəsini çap edə bilərlər.

Bu barədə Metbuat.az-a Dövlət İmtahan Mərkəzindən bildirilib.

Qeyd olunub ki, digər komissiyalar üzrə buraxılış vərəqələrinin verilməsi haqqında da məlumat veriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)