BDU-nun dosenti vəfat etdi -

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının dosenti Yaşar Əliş oğlu Məmmədli vəfat edib.

Bu barədə Metbuat.az-a universitetdən məlumat verilib.

Bildirilib ki, 64 yaşında dünyasını dəyişən Yaşar Məmmədli 1979-1985-ci illərdə BDU-nun Filologiya fakültəsində təhsil alıb.

1990-cı ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb.

2006-cı ildən BDU-nun Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının dosentidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)