Dövlət İmtahan Mərkəzi avqustun 12-də Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə növbəti test imtahanı keçirəcək.
Metbuat.az-a mərkəzdən verilən məlumata görə, imtahanda aşağıdakı kateqoriyaya aid olan abituriyentlər (şagirdlər) iştirak edəcəklər.
1. Hər hansı səbəbdən buraxılış imtahanı çərçivəsində ümumi (9 illik) orta orta təhsil səviyyəsi üzrə mayın 20-də keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak etməyən cari ilin məzunları. Bu şagirdlər buraxılış vərəqəsini verilən linkdən (
2. Ümumi (9 illik) orta orta təhsil səviyyəsi üzrə 2021-ci il mayın 20-də keçirilən imtahanda iştirak edib qeyri-məqbul qiymət alan və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən cari ilin abituriyentləri;
3. Daha əvvəl keçirilən imtahanlarda iştirak edib qeyri-məqbul qiymət alan və ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən cari və əvvəlki illərin abituriyentləri;
2-ci və 3-cü kateqoriyaya aid olan abituriyentlər isə imtahana buraxılış vərəqəsini bu linkdən (
İştirakçılar buraxılış vərəqəsi ilə bir yerdə “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edirlər. Bəyannamə ayrıca vərəqdə çap edilməlidir və imtahan günü şagird tərəfindən imzalanmaqla imtahan nəzarətçisinə təqdim edilməlidir.