Türk həkimin yanğınsöndürənlərimizlə bağlı bu ifadəsinə

Artıq 10-cu gündür davam edən meşə yanğınları Türkiyədə məşhur simalar arasında qalmaqalların, fikir ayrılıqlarının yaranmasına səbəb olmuşdur. Bu dəfə isə belə bir hal tanınmış türk həkim Nüket Eroğlu və azərbaycanlı məşhurlar arasında yaşanıb.

Metbuat.az xəbər verir ki, yuxarıda adı çəkilən həkim şəxsi sosial media hesabından tənqidi xarakterli video paylaşıb. Nüket Eroğlu öz çıxışında yanğınsöndürənlərimiz haqqında da xoşagəlməz sözlər işlədərək onların əməyini aşağılayıb.

Belə ki, onun "Bir qrup kimliyi bəlli olmayan azərbaycanlı əsgərlər mənim torpağımda gəzir" ifadəsi yerli məşhurlarımızın qəzəbinə tuş gəlib. Xüsusilə, Tolik və Pərvin Abıyeva həmin videonun şərh hissəsində həkimi tənqid edərək, ünvanına sərt sözlər işlədiblər.

Sözügedən videonu təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR