“Bizim məqsədimiz terror təhlükəsini aradan qaldırmaq idi, buna da nail olduq".
Metbuat.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Əfqanıstandakı hadisələri şərh edərkən deyib.
Blinken əlavə edib ki, Əfqan hökumətinə məxsus qüvvələr ölkəni “talib”lərdən qoruya bilməyiblər.
“Taliban”a bildirilib ki, əgər Amerika səfirliyinin əməkdaşlarının təxliyəsinə mane olsalar, cəld və qəti cavab veriləcək,- dövlət katibi əlavə edib.
Qeyd edək ki, Amerika səfirliyinin bütün əməkdaşları üç gün ərzində ölkədən çıxarılacaqlar.