Yeni tədris ilinin təşkili ilə bağlı brifinqin vaxtı

Sabah yeni tədris ilinin təşkili ilə bağlı brifinq keçiriləcək.

Metbuat.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Qeyd olunub ki, təhsil naziri Emin Əmrullayevin iştirakı ilə bütün suallara sentyabrın 7-də saat 14.00-da keçiriləcək brifinqdə aydınlıq gətiriləcək.


14:07

Azərbaycanda pandemiya şəraitində yeni tədris ilində təhsilin təşkili ilə bağlı qaydalar hazırlanıb.

Metbuat.az-ın xəbərinə görə, tədrisin təşkili qaydası sentyabrın 7-də ictimaiyyətə təqdim olunacaq.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, sabah - sentyabrın 7-də nazir Emin Əmrullayev təhsil müəssisələrində yeni tədris ilinin təşkili ilə bağlı sualları cavablandıracaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)