x
Loading...
.

Xəzərdə dalğanın hündürlüyü 3.5 metrə çatıb

Sentyabrın 07-si saat 11:00-a olan məlumata əsasən ölkə ərazisində axşam saatlarından başlayaraq şimal-qərb küləyi güclənib, bəzi yerlərdə yağış yağıb, Lənkəran-Astara zonasında leysan xarakterli güclü olub.

Bu barədə Metbuat.az-a ETSN-dən bildirilib.

Düşən yağışın miqdarı: Lənkəranda 30.0 mm, Qubada 14.0 mm, Qusarda 13.0 mm, Astarada 12.0 mm, Lerikdə 6.0 mm, Balakən, Yardımlıda 3.0 mm, Göytəpədə 2.0 mm, Şəki, Zaqatala, Kişçay (Şəki), Şabran, Altıağac, İsmayıllı, Xaltan, Qrızda 1.0 mm-dək olub.

Külək: Şimal-qərb küləyi arabir Biləsuvar, Neftçalada 20 m/s, Şirvan, Şabran, Xaçmazda 16 m/s, Bakıda və Abşeron yarımadasında: Maştağada 25 m/s, Pirallahı, Çilov adası, Neft Daşlarında 20 m/s, Sumqayıtda 18 m/s-dək güclənib, Neft daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.5 metrə çatıb.

Qeyd: Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti sentyabrın 08-i gündüz saatlarınadək davam edəcək. Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə saatlarında Böyük Qafqazın və Lənkəran-Astara zonasının bəzi yerlərində intensiv və güclü olacağı ehtimalı var.08-də axşama doğru yağıntılar tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi 08-i səhər saatlarından tədricən mülayimləşəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR