Brilliant Dadaşovadan ÜZÜCÜ XƏBƏR:

Xalq artisti Brilliant Dadaşova koronovirusa yoluxub.

Metbuat.az xəbər verir ki, müğənni bu haqda "Instagram" hesabı üzərindən açıqlama verib. O, həkimlərin yazdığı müalicəni etmədiyini bildirib:

"Mənə resept yazdılar, atdım kənara. Üç vərəq dərman yazan həkimləri evdən qovun.

25 gündür korona tutmuşam. Şükür, yaxşıyam. Nə xəstəxanaya getdim, nə həkim deyən dərmanları vurdum.

Ən əsası əgər virusa yoluxdunuzsa, təşvişə düşməyin. Ən əsas budur. Adi qrip kimidir. Sadəcə hərarət çox olur. Vitamin qəbul edin, zoğal yeyin. Zoğalın tərkibində elə vitaminlər var ki, heç bir antibiotikin tərkibində yoxdur. Qoymayın damarınıza antibiotiklər vursunlar".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR