Təhsil yenidən distant tədrisə qayıda bilərmi? -

Xəbər verdiyimiz kimi, Azərbaycanda dərslər 22 sentyabr tarixindən etibarən I-IV siniflər, 29 sentyabr tarixindən V-IX siniflər, ali məktəblər isə 29 sentyabrdan əyani təhsilə başlayacaq.

Metbuat.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev yeni tədris ilinin təşkili ilə bağlı keçirilən brifinqdə deyib. Nazir təhsilin yenidən distant tədrisə keçməsi məsələsinə də toxunub.

"Biz başa düşməliyik ki, Azərbaycanda pandemiya bitməyib. Peyvəndləmə faizləri artıqdca vəziyyət yaxşıya doğru dəyişəcək. Hansısa məktəblərdə və ya ali təhsil müəssisələrində yoluxma sayı arta bilər və bu, qaçılmazdır. Məktəblərdə yoluxma halları baş verəcəksə, məktəblər üzərindən həmin yerlərə uyğun qərar veriləcək. Bir şagird yoluxubsa, buna əsasən sistem üzərindən ümumi qapanmaya ehtiyac yoxdur".".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)